İçərişəhər ərzisində tikinti aparılır, aidiyyəti qurum tapılmır

SOSİAL 06 iyul 2024, 17:34
Bakıda İçərişəhər ərzisində qala divarlarının bir neçə metrliyində iaşə obyektinin tikintisi işləri aparılıb.

Demokrat.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Qeyd olunur ki, İçərişəhərdəki qala divarlarının qarşısında restoran fəaliyyəti göstərilməsi üçün qanunsuz tikinti işi aparılır. Bu, qala divarlarının qarşısının kəsilməsinə və onsuz da gediş-gəlişin sıx olduğu ərazidə daha böyük hərəkət məhdudiyyətinin yaranmasına səbəb olacaq.

Məsələ ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sorğu ünvanladıq. Qoruğun mətbuat xidməti Oxu.Az-ın sorğusuna cavab olaraq ərazinin qoruğa aid olmadığını bildirdi.

Bu dəfə isə Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edildi ki, koordinatlarla həmin ərazi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin inzibati ərazisinə aiddir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top