Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsindən azad edilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq sərəncamla Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevtutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Digər sərəncamla, Vətən Müharibəsi Qəhrəmanı, general KənanSeyidov həmin vəzifəyə təyin edilib.
Kərəm Mustafayevin vəzifəsindən azad olunduğunuNaxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanının birinci müavini - Qərargah rəisi general-leytenant Fazil AğalarovManset.az-a açıqlama verərək təsdiq edib.
O, açıqlamasında optimallaşdırma aparılacağını bildirib. Daha sonra bir sıra detallar barədə danışıb.
Bildirək ki, bu məsələ ilə bağlı qarşıda bir sıra dəyişikliklər gözlənilir. Portalımız Dövlətin qanunla qorunan mənafelərini nəzərə alaraq bu barədə məlumat vermir.

