"İbrahim Rəisinin vəziyyəti növbəti prezidenti də gözləyə bilər" — Politoloq

GÜNDƏM 05 iyl 2024, 12:54
Bu gün İranda növbədənkənar prezident seçkilərinin ikinci turuna səsvermə başlayıb. Prezidentlik uğrunda mübarizədə keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili yarışır. 

Bəs, iyulun 6-da İran hansı namizədin qalibiyyəti xəbərinə oyana bilər? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politloq Samir Hümbətov bildirib ki, prezidentin kim olmasından asılı olmayaraq dini rəhbər nə deyəcəksə, onunla gedəcəklər. 

Samir Hümbətov qeyd edib ki, əgər sözə qulaq asmasa, İbrahim Rəisinin vəziyyəti növbəti prezidenti də gözləyə bilər: 

“İndiki vəziyyətdə mühafizəkarlar daha çox Səid Cəlilinin ətrafında birləşib. Çünki Səid Cəlili ali dini rəhbərə yaxın adam olduğu üçün üstünlük əldə edə bilər. Məncə Məsud Pezeşkianın ikinci turu uğurla başa vuracağı inandırıcı görsənmir. Hansının seçilməsinin fərqi yoxdu. Düşünmürəm ki, namizədlərdən hər hansının seçilməsi İranda böyük bir dəyişimə səbəb olsun. Çünki orda bir sistem idarəetməsi var. O sistem də İrandakı mövcud vəziyyətin qorunub saxlanılmasına çalışır. Qərb ilə münasibətləri son dərəcə kəskin saxlamağı üstün tutur. İranın iqtisadiyyatı onlar üçün o qədər də maraqlı deyil. Orda ciddi bir dəyişikliyin olacağını təxmin etmirəm. Yəqin ki, burda mühafizəkarların basqısı ilə Səid Cəlili seçilə bilər. Amma yenə deyirəm bu gedişatdan asılıdır. Əhali seçkiyə az gedərsə və gedənlərin əksəriyyəti islahatçılara dəstək verərsə, o zaman Məsud Pezeşkian da seçilə bilər. Pezeşkian deyir ki, Amerika ilə münasibətləri qurmaq, İranı blokdan çıxarmaq istəyirəm. Amma burda son nəticədə sözü dini rəhbər deyir”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top