"Qarabağ"dan ayrılan forvardın yeni klubu bilindi

İDMAN 30 iyn 2024, 19:15

"Qarabağ"ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi I liqa təmsilçisi "Bandırmaspor"la müqavilə imzalayıb.

Onunla 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Bir il "Qarabağ"da oynayan Diakabi mövsümün sonunda komandadan ayrılıb.

Qeyd edək ki, fransalı futbolçu "Qarabağ"ın heyətində Premyer Liqada son mövsümdə 16 oyunda beş qol, iki assistlə yadda qalıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top