"Polisin iş vaxtı yoxdur, o gecə saat 3-də də polisdir, səhər saat 5-də də" — Aqil Abbas

GÜNDƏM 02 iyl 2024, 16:29
2 iyul Azərbaycanda qeyd edilən xüsusi günlərdən biri, Polis Günüdür.

Bu il Azərbaycan Polisi yaranmasının 106-cı ildönümünü qeyd edir. Əmin-amanlığın keşiyində mətanətlə dayanan Azərbaycan polisi daim cəmiyyətin və dövlətin mənafeyini qoruyur və respublikada ictimai asayişi təmin edir. 

Demokrat.az-a açıqlama verən deputat Aqil Abbas bildirib ki,Azərbaycan polisi bizim qardaşımızdır, atamızdır, bacımızdır, ailə üzvümüzdür. 

Deputat qeyd edib ki Azərbaycan polisinin apardığı əməliyatlar nəticəsində evimizdə rahat yata bilirik, cinayətkarlıqla mübarizədə ələ etdiyi fəaliyyətə görə ölkədə əmin-amanlıqdır:  

“Azərbaycan polisi hər iki Qarabağ müharibələrində 900-dən çox şəhid verib.Azərbaycan polisinin 67 Milli Qəhrəmanı, 400-dən çox qazisi var. Azərbaycan polisi ölkənin ictimai asayişinin qorunmasında canlarını qurban verir. Cinayətkarlıqla mübarizədə bir addım geri çəkilmirlər. Son günlərdə Xəzər rayonunda 3 polis dövlətə, xalqa atılan gülləyə sinəsini sipər elədi. Azərbaycan polisi son zamanlar narkotika ilə mübarizədə xüsusilə fədakarlıq göstərir. Polisin iş vaxtı yoxdu, o gecə saat 3-də, 4-də də polisdi, səhər saat 5-də də. Yəni onların 8 saatlıq iş vaxtı yoxdur. Onlar bütün ömürlərini sərf edirlər ki, dövlətimizin, xalqımızın asayişi yerində olsun. 

Başda Daxili İşlər Nazirliyi, general-polkovnik Vilayət Eyvazov başda olmaqla, daxili işlər orqanlarının bütün əməkdaşlarını, bütün Azərbaycan polisini ürəkdən təbrik edirəm və uğurlar arzulayıram”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top