"Türkiyə -Suriya münasibətlərinin yaxşılaşması vacibdir" — AÇIQLAMA

XARİCİ SİYASƏT 02 iyl 2024, 16:50
“Türkiyə və Suriya qonşu ölkələrdir, Suriya vaxtilə Türkiyənin bir vilayəti olub. Hər iki ölkə tarixən bir-birinə yaxın olub, oxşar mədəniyyətlərə malikdir”. 

Bunu Demokrat.az-a açıqlamasında Türkiyə-Suriya münasibətlərindən danışan politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, Türkiyə sferasında artıq bir neçə ildir münasibətlərin normallaşması üçün danışıqlar davam edir:

“Xeyli sayda suriyalı Türkiyədə məskunlaşıb, həyatlarını yenidən qurublar. Türkiyənin nəzarət etdiyi Suriyanın şimal ərazilərində qaçqın əhali üçün şəhərciklər salınıb. Türkiyə çətin vaxtlarda Suriya xalqının yanında olub. Hakimiyyətdən asılı olaraq münasibətlər pozulub. Siyasət elə bir şeydir ki, günün reallığına uyğun hərəkət etməlisən. Bu günün reallığı çərçivəsində hər iki tərəf anlayır ki, münasibətlər qaydasına qoyulmalıdır, düşmənçiliyə son vermək lazımdır. Suriyanın bir hissəsinə PKK nəzarət edir. Bu da nə Suriyanın, nə də Türkiyənin maraqlarına cavab verir. Ölkəyə nəzarətin tam bərpa edilməsi, hakimiyyətdə olan ələvilərin sünni çoxluğun maraqlarını tanıması, yüksəkliklərin Suriyaya qaytarılması üçün Türkiyə -Suriya münasibətlərinin yaxşılaşması vacibdir. Düşünürəm ki, Əsəd bunu anlayır və qonşusu ilə münasibətləri qaydasına salmaq üçün addımlar atacaq”.

Qeyd edək ki, İraqın paytaxtı Bağdadda Türkiyə və Suriya nümayəndələri arasında görüş olacaq. Türkiyə mediası bildirir ki, tərəflər münasibətlərin normallaşmasını müzakirə edəcəklər. Görüşün dəqiq tarixi hələ ki açıqlanmayıb.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top