Ərdoğan Azərbaycan səfərini ləğv etdi — SƏBƏB

XARİCİ SİYASƏT 04 iyl 2024, 14:35
Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan milli komandanın Avro-2024-ün 1/4 finalında Niderlanda qarşı keçirəcəyi oyununu izləmək üçün Almaniyaya gedəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Bildirilib ki, Prezident Ərdoğan Avropa Çempionatında 1/4 finalına yüksələn milli futbol komandasına dəstək məqsədilə Azərbaycan proqramını ləğv edib və Berlinə uçmaq qərarı verib.

“Prezident Ərdoğanın şənbə günü axşam Türkiyə - Niderland matçını izləmək üçün Berlinə gedəcəyi öyrənilib”, - deyə “Sabah” yazıb.

Məlumata görə, iyulun 5-6-da Şuşada keçiriləcək sammitdə Prezident Ərdoğanın yerinə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iştirak edəcək.

Ərdoğan isə iyulun 6-da axşam saat 23:00-da Berlində keçiriləcək Türkiyə - Hollandiya matçını izləyəcək.

Xatırladaq ki, Türkiyə millisinin yarımmüdafiəçisi Merih Dəmiralın 1/8 finalda Avstriya ilə oyunda vurduğu iki qolun sevincini "Bozqurd" işarəsi ilə qeyd etməsi UEFA-nı narahat edib. UEFA Dəmiralın hərəkətilə bağlı araşdırmaya başlayıb. UEFA-nın Türkiyə millisinə qarşı ikili standartlardan çıxış etməsini nəzərə alan Ərdoğan Almaniyaya gedib komandanı dəstəkləməyə qərar verib.

Xatırladaq ki, Ərdoğan bazar ertəsi axşam Avstriyaya 2-1 hesabı ilə qalib gələn və 1/4 finala yüksələn Türkiyə milli komandasına zəng vuraraq, futbolçuları təbrik etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top