Səfir bozqurd işarəsinə görə XİN-ə çağırıldı

XARİCİ SİYASƏT 04 iyl 2024, 17:30
Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı “Der Spiegel” jurnalı yayıb. 

Bildirilir ki, buna səbəb AÇ-2024-ün 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə-Avstriya matçında türkiyəli futbolçu Merih Demiralın “bozqurd” işarəsi göstərməsi olub. 

Məlumata görə, səfir sözügedən məsələnin müzakirə edilməsi üçün nazirliyə çağırılıb.

Xatırladaq ki, UEFA Merih Demiralı həmin qol sevincinə görə cəzalandıra bilər. Belə ki, M.Demiral qol sevincini “bozqurd” işarəsi ilə qeyd etdiyinə görə qitə futbol qurumunun Nizam-İntizam Komitəsi araşdırmalara başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top