Səfirimiz etimadnaməsini Venesuela Prezidentinə təqdim etdi — FOTO

XARİCİ SİYASƏT 28 avqust 2025, 11:22

Azərbaycanın Venesueladakı səfiri Ruslan Rzayev etimadnaməsini ölkənin Prezidenti Nikolas Maduroya təqdim edib.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, Venesuela Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb.

Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Venesuela Prezidenti öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

N.Maduro Azərbaycana həyata keçirdiyi səfərləri məmnunluqla xatırlayaraq, səmimi qonaqpərvərliyə görə dövlət başçısına bir daha təşəkkürünü bildirib.

Görüşdə, həmçinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə hər iki ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğurlu əməkdaşlığın davam etdirilməsi, eyni zamanda, iqtisadi, ticari, enerji, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 avqust 2025, 12:48
Top