“Polis strukturlarında qarşıya qoyulan əsas məqsəd cinayətkarlıqla mübarizədir. I və II Qarabağ müharibəsində 1700-ə yaxın polisimiz şəhid olub, Allah şəhidlərimizə rəhmət eləsin”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Deputat vurğulayıb ki, bu gün Silahlı Qüvvələrin adı çəkiləndə polisin də adı məxsusi qeyd olunur:
“Polis bu gün Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunmasında müstəsna rol oynayan hüquq-mühafizə orqanıdır. Azərbaycan Polisi çox çətin yollardan keçib, yarandığı vaxtdan bugünədək daim çətinliklərlə üzləşib. Ölkənin bütün sahələrində polislərimiz vətəndaşı qorumaq, asayişi təmin etmək üçün əlindən gələni edirlər. Mövcud çətinliklərin öhdəsindən gəlmək mümkündür, inanıram ki, Azərbaycan polisi hər işdə müvəffəq olacaq. Çünki qarşıya bir məqsəd qoyulub – dövlət, dövlətçilik və suverenliyin qorunması, Azərbaycan dövlətinə və dövlətçiliyinə olan təhdidlərin qarşısının alınması. Bu istiqamətdə də uğurlu addımlar atılır.
Fürsətdən istifadə edib bugünkü bayram münasibətilə başda cənab nazir Vilayət Eyvazov olmaqla Daxili İşlər orqanlarının bütün şəxsi heyətini təbrik edirəm. Onlara şərəfli və çətin peşələrində uğurlar arzulayıram”.
Törə Zeynallı
Demokrat.az