Yevlaxda silah-sursat saxlamaqda şübhəli bilinən şəxs həbs edildi

KRİMİNAL 29 iyun 2024, 11:59

Yevlaxda qanunsuz olaraq silah-sursat əldə edən şəxslərin saxlanılması istiqamətində növbəti tədbir görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon sakini Məlik Abdullayev şübhəli şəxs kimi saxlanılıb. Ondan AKM modelli avtomat, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı tapdığını və polisə təhvil verməyərək gizlətmək məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top