Azərbaycanda mikroavtobus qəzaya uğradı: Yaralılar var

HADİSƏ 28 iyn 2024, 16:41
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az Report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı mikroavtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 10-dan çox sərnişin rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top