Yanğın təhlükəsi olan kafe və hamam bağlandı — VİDEO

HADİSƏ 28 iyun 2024, 13:37
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, 1 ünvanında yerləşən Quliyev Abbasqulu Mürsəl oğluna məxsus hamam və kafenin fəaliyyəti dayandırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən obyektlərdə aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu nasaz vəziyyətdə olması, obyektin kafe kimi fəaliyyət göstərən sahəsində elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmaması və elektrik təsərrüfatına profilaktik baxış keçirilməməsi məlum olub.  

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş obyektlərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top