“COP29 Azərbaycanda alternativ enerji ilə bağlı ixtisaslara maraq oyadacaq” — AÇIQLAMA

COP29 28 iyn 2024, 11:07
Azərbaycanda ilk dəfə olaraq Peşə Təhsil sistemində COP 29 ili çərçivəsində yeni ixtisaslar yaradılır. İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində keçirilən “Məzun günü”ndə Mərkəzin direktoru Kənan Bağırov bu barədə məlumat verib. O deyib ki, ölkəmizdə keçiriləcək COP29 ili çərçivəsində ilk dəfə olaraq peşə təhsil sistemində yeni ixtisas (Alternativ enerji qurğu və avadanlıqlarının istismarı) yaradılıb. Bu ixtisas üzrə də İZİA-nın Peşə Təhsil Mərkəzinə 2 qrup üzrə 40 nəfər tələbənin qəbulu nəzərdə tutulur: “İsveçrə universiteti “SMBS – Swiss Montreux Business School” arasında əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Peşə Təhsil Mərkəzində ikili diplom proqramından istifadə olunacaq. İlkin mərhələdə “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik” ixtisası üzrə təhsil alan tələbələr bu proqramdan faydalanacaqlar”, - K.Bağırov əlavə edib. 

Təhsil eksperti  Elçin Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, alternativ enerji ilə əlaqəli ixtisaslar son illərdə bütün dünyada populyarlıq qazanır: 



“Çünki hər il dünyada istifadə olunan enerjinin 20 faizi alternativ və bərpa olunan enerjinin payına düşür. Ona  görə də beynəlxalq hesabatlarda göstərilir ki, ən çox tələbat duyulan ixtisas sahibləri arasında yaşıl enerji mütəxəssisləri, alternativ enerji ilə bağlı mühəndis və texniki heyətə ciddi ehtiyac var. Azərbaycanda da işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji ilə bağlı tərəfdaşlarla böyük layihələrin icrası nəzərdə tutulur. Hətta bu enerjinin daha sonra Avropaya ixracı düşünülür. Buna görə də həm həm ali, həm də peşə ixtisaslı şəxslərə ehtiyac var. COP-un Azərbaycanda keçirilməsi bu istiqamətə marağı artıracaq. Düşünürəm ki, COP29 müəyyən mənada bu məsələdə dəstəkçi olacaq. Azərbaycan alternativ enerji resursları ilə zəngin ölkələrdən biridir. Neft-qaz ölkəsi olsaq da külək, günəş enerjisində kifayət qədər potensial var. Bu sahədə kadrlara gələcəkdə ciddi ehtiyac yaranacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top