"COP29-un hazırlıq prosesinə Britaniyada böyük maraq var"

COP29 28 iyn 2024, 16:51
COP29-un hazırlıq prosesinə Britaniyada böyük maraq var.

Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

London İqlim Həftəsi çərçivəsində COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova müxtəlif tədbirlərdə iştirak edib, müxtəlif ikitərəfli görüşlər keçirilib.

“COP29-un hazırlıq prosesinə Britaniyada kifayət qədər böyük maraq var. Bizim COP29-a hazırlığımız, prioritetlərimiz ilə bağlı çoxsaylı suallar oldu. Yüksək rəsmilərin iştirak etdikləri bu tədbirlərdə COP29-da hansı istiqamətləri rəhbər tutacağımız, beynəlxalq tərəfdaşlarla necə işləyə biləcəyimiz ilə bağlı ətraflı məlumat verildi”, - deyə baş danışıqçı qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top