COP29-la əlaqədar ölkədə bir sıra məhdudiyyətlər tətbiq ediləcək

COP29 27 iyn 2024, 12:55
COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır.

Demokrat.az-ın məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu barədə məsələ Milli Məclisin parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciətlə bağlı qərarında əksini tapıb.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top