Faciəvi qəzada ölən müəllimin FOTOSU

GÜNDƏM 30 iyn 2024, 18:30

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Qax rayonunda 3 nəfərin ölümü, 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, dəhşətli qəzada vəfat edən Gülnarə Qurbanova Şəkinin Cəfərabad kənd məktəbinin rus dili müəllimi imiş.

G. Qurbanovanın sosial şəbəkələrdə yayılmış fotosunu təqdim edirik:

Xatırladaq ki, qəzada dünyasını dəyişən 3 nəfər Şəki rayon Cəfərabad kənd orta məktəbinin direktor müavini Rüfət Qurbanovun ailə üzvləridir. Belə ki, “Ford” markalı avtomobillə toqquşan “VAZ-21015”də dünyasını dəyişənlər - sürücü 35 yaşlı Həbib Qurbanov onun oğlu, 62 yaşlı Gülnarə Qurbanova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Aygün Qurbanova isə gəlini olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top