Tanınmış xanım təlimçi qəzaya düşdü — VİDEO

SOSİAL 30 iyn 2024, 18:46
Tanınmış təlimçi Arzu Kürsüm Babazadə qəzaya düşüb.

Bu barədə o, Oxu.Az-a məlumat verib.

O qeyd edib ki, avtomobilinin qəza işıqlarını yandırıb yolun kənarında saxladığı halda arxadan gələn "Jiquli" markalı avtomobil onun avtomobilinə çırpılıb.

Avtotəlimçi bildirib ki, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan su anbarını keçən hissəsində baş verib.

O qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Videonu təqdim edirik:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top