Boliviyada çevriliş etmək istəyən general belə həbs edildi — VİDEO

DÜNYA 27 iyn 2024, 16:23
Cənubi Amerika ölkəsi Boliviyada bir qrup əsgər küçələrə çıxaraq dövlət çevrilişinə cəhd edib.

Demokrat.az xəbər verir ki, general Xuan Xose Zuniqanın başçılıq etdiyi əsgərlər prezident sarayının qapısını sındıraraq içəri daxil olublar. 

İctimaiyyətin reaksiyasından və Boliviya prezidenti Luis Arsenin təslim olmaqdan imtina etməsindən sonra əsgərlər geri çəkilib.

Boliviya prezidenti Luis Arse sosial media hesabından verdiyi açıqlamada bəzi hərbi hissələrin "qanunsuz səfərbərliyini" pislədiyini bildirib.

Daha sonra mətbuata açıqlama verən Boliviya Prezidenti Arse, “Boliviyanın prezidenti və nazirləri vəzifələrinin başındadır. Mən xalqı demokratiyanı qorumağa dəvət edirəm. Əsgərlər dərhal geri çəkilməli və öz vəzifələrinə qayıtmalıdırlar. Demokratiyaya və konstitusiyaya hörmət etmələrini istəyirəm” deyib. 

Boliviya Prezidenti general Zuniqanı vəzifəsindən azad etdiyini və orduya yeni komandirlər təyin etdiyini də açıqlayıb. 

Arse tərəfindən təyin edilən Boliviya ordusunun yeni komandiri Xose Vilson Sançes də belə bir bəyanatla çıxış edib: 

“Mən küçə və meydanlardakı bütün əsgər və şəxsi heyətə öz hissələrinə qayıtmağı əmr edirəm”.

Əfsanə Rəcəb
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 iyn 2024, 09:30
Top