“Dağıstandakı terroru Rusiyada baş verəcək hadisələrin siqnalı kimi qəbul etmək olar. Bu onu göstərir ki, Rusiya dövləti artıq Şimali Qafqazda vəziyyətə nəzarəti itirib”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. Onun sözlərinə görə, Rusiyada baş verə bu hadisə ilk belə hal deyil:
“Bundan əvvəl də tez-tez Şimali Qafqazın respublikalarında fövqəladə və ya hərbi vəziyyət elan olunurdu, əməliyyatlar keçirilirdi, hökumət qüvvələrinə, polis məntəqələrinə silahlı basqınlar edilirdi, mülki şəxslər qarşıdurmalar zamanı həyatını itirib. Bundan əvvəl Moskvada da böyük terror aktı baş verdi. Dağıstanda vəziyyət stabillikdən çıxıb. Rusiya hökuməti bunu gizlətməyə çalışsa da, vəziyyətə nəzarət edə bilmir. Bu yaxınlarda Mahaçqalada İsraildən gələn təyyarədə axtarışlar aparıldı, hava agentliyi hətta uçuşları dayandırmalı oldu. Fələstin məsələsinə görə əhalinin sentimentallığı artıb, amma istənilən halda bu, hökumətin hava limanı kimi strateji bir yerə nəzarət edə bilmədiyini göstərir. Görürük ki, bir anda vəziyyət nəzarətdən çıxa bilər. İndiki hadisələr 90-ci illərin əvvəlindəki vəziyyətlə oxşardır. Anarxiya dövrü idi, partlayışlar baş verirdi, hər bölgə özünün idarəetmə sistemini yaratmaq istəyirdi. Hazırda şimali Qafqazda fanatizm, kriminal ünsürlər həddən artır çoxalıb.
Bəzi analitiklər baş verənləri ABŞ-nin Rusiyaya cavabı kimi şərh edirlər. Çünki Putin Şimali Koreyaya səfər etdi, strateji sənədlər imzalandı. Ola bilər ki, Rusiya və Şimali Koreya yeni nüvə sənayesi ilə bağlı yeni razılaşmalar əldə edəcək.
Bu da ABŞ-ni narahat edir. Putin Şimali Koreya ilə birlikdə olduğuna dair mesaj verdi. Bu səfər ABŞ-yə qarşı təhdid idi. Düşünürəm ki, ABŞ də öz növbəsində göstərir ki, əgər Rusiya onu vurmağa çalışsa, o da Rusiyanı ən zəif yerindən vuracaq, bu da partlayışlar və qarşıdurmalarla özünü göstərəcək”.
Törə Zeynallı
Demokrat.az