"Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün yeni təlimlər keçirilməlidir"

DAXİLİ SİYASƏT 25 iyn 2024, 13:28
Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün yeni təlimlər keçirmək lazımdır.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 25-də keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ordu hər bir ölkənin dayağıdır: “Çünki ordu ölkənin möhkəmlənməsi, onun qorunmasına xidmət edən ən güclü təsisatdır. Bu gün təhlükəsizlik məsələsi dünyanın bir nömrəli məsələsinə çevrilib. Biz dünyada terror aktlarının baş verdiyini müşahidə edirik. Dini yönümdə həyata keçirilən terrorlar bir azdan etnik istiqamətə keçəcək. Bu qəbildən ölkələri daxildən parçalamaq, zəiflətmək, özlərinə tabe etdirmək böyük dövlətlərin taktikasıdır. Təbii ki, Azərbaycanda bu kimi halların qarşısı yüksək səviyyədə alınır”.

S.Novruzov bildirib ki, bu gün taktikanı dəyişmək, yeni təlimlər keçirmək lazımdır: "Təbii ki, bunun üçün yeni texnologiya tələb olunur. Çünki digər böyük dövlətlərin texnologiyaları bizimkilərdən üstündür. Hesab edirəm ki, hüquq-mühafizə orqanlarımız yeni təlimləri, texnologiyaları öz sıralarında tətbiq etməlidirlər”. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top