“Yaxın Şərqdə müharibə riski günü-gündən artır” — Berbok

DÜNYA 25 iyun 2024, 10:41
Almaniyanın xarici işlər naziri Annalena Berbok  İsrailin Qəzza zolağı və Livan ərazilərinə davam edən hücumları ilə bağlı açıqlamalar verib.

Demokrat.az xəbər verir ki, Baerbok Yaxın Şərqdə hərtərəfli müharibə riskinin gündən-günə artdığına dair xəbərdarlıq edib.

Berbok bildirib ki, İsrailin “dostu” olaraq Qəzza zolağında müharibədə “özünü itirə” və oradakı mülki əhalinin vəziyyəti ilə bağlı artan beynəlxalq qəzəb İsrailin təhlükəsizliyinə zərər verəcək.

İsrail və Livan arasındakı gərginliyə də toxunan Berbok, "Şimal sərhədində şiddətin artması bizi son dərəcə narahat edir. Məhz buna görə də sabah Beyruta səfər edəcəyəm. Həll yolları tapmaq üçün tərəfdaşlarımızla intensiv işləyirik. Bu, arzuolunmaz bir eskalasiya və müharibə riski gündən-günə artır" deyib.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top