"Ola bilər ki, süni "təbii fəlakət" yaradıb milyondan çox müsəlmanın hamısını qırsınlar" — AÇIQLAMA

GÜNDƏM 24 iyun 2024, 10:58
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı artıb. 1300 nəfəri keçib. Krallığın səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cəlacel bildirib ki, Həcc ziyarəti zamanı 1301 nəfər dünyasını dəyişib, onlardan 83 faizinin müvafiq vizası olmayıb.   

İlahiyyatçı Tural İrfanın sözlərinə görə, İslamda Həcc zamanı ölənlərə xüsusi bir status yoxdur, onlar sadəcə vəfat ediblər. O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, insan cənnətə iman və əməlləri sayəsində gedir, Həccdə, yaxud namazda vəfat etməklə deyil: 


“Kimin əməlləri xeyirdirsə, axirəti də abad olacaq, kimin əməli zaydırsa, axirəti bərbad olacaq. Yalnız vətən uğrunda, din, Allah, xalq uğrunda canından keçənlərə xüsusi imtiyaz var ki, bu da şəhidlikdir. Ziyarət zamanı vəfat edənlər Səudiyyə Ərəbistanı hökumətinin günahı ucbatından vəfat ediblər. Təhlükəsizlik tədbirləri görülməyib. Ola bilsin qəsdən şərait yaradıblar. Çünki hazırkı Səud rejimi Qərbin, əsasən də ABŞ-nın gizli və açıq maraqlarına xidmət edir. Mümkün qədər müsəlmanların sayını, müharibə, peyvənd, süni qida, evlənmələri məhdudlaşdırma, eyni cinslilərin evliliyini təbliğ etmə yolları ilə azaltmağa çalışırlar. Olsun ki, Həccdə ölüm də bunlardan biridir. Hələ belə də ola bilər ki, süni "təbii fəlakət" yaradıb Həccdə olan milyondan çox müsəlmanın hamısını qırsınlar. Birləşmiş Ərəb Əmirliklərində süni bulud hazırladılar, yağış yağdırmaq istədilər, Allahın qəzəbi tutdu, hər yeri sel basdı. Elə şeylər var ki, sırf Allaha aiddir. Gərək ona qarışmayasan – insan və ya heyvanın, bitkinin genini dəyişməkdir, yağış yağdırmaqdır... Quran da buyurur ki, yağış yağdırmaq Allahın əmrindədir. Ərəblər son zamanlar yolunu çox azdı. Həccdə baş verən bu ölüm hadisələri Allahdan müsəlmanlara böyük bir mesajdır”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 11:20
Top