20 yaşlı gəncin cinsiyyəti məcburi olaraq dəyişdirildi — İDDİA

DÜNYA 22 iyun 2024, 12:30
Hindistanın Uttar Pradeş bölgəsində yaşayan 20 yaşlı Mücahid adlı gəncin iddiası ölkədə gündəm mövzusuna çevrilib. 

Demokrat.az xəbər verir ki, Mücahid 2 ildir torpağını alacağı ilə hədələyən şəxs tərəfindən aldadılaraq xəstəxanaya aparıldığını və cinsiyyətinin dəyişdirilməsi əməliyyatı edildiyini iddia edib.

Xəstəxanada əməliyyat olunduğunu deyən gənc anesteziyadan oyananda cinsi orqanının olmadığını gördüyünü deyib.

NDTV-yə danışan Mücahid “Məni bura gətirdi və səhəri gün əməliyyat olundum. Özümə gələndə həqiqəti gördüm. Oyananda cinsi orqanım yox idi” ifadələrini istifadə edib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top