Doğum tarixi ilə peşə seçimi bir-biri ilə əlaqəlidir — ARAŞDIRMA

MARAQLI 21 iyun 2024, 21:42
Aradırmalara görə, doğum günümüz karyeramızı müəyyənləşdirir. Belə ki, rəqəmlər həyatımıza önəmli dərəcədə təsir edir.

Demokrat.az "NTV Türkiye"yə istinadən xəbər verir ki, rəqəmlərin insan həyatına təsirini öyrənən numerologiya elmində hər rəqəm müəyyən bir enerji və xüsusiyyət daşıyır. İnsanın adı, doğum tarixi kimi məlumatlardan əldə edilən rəqəmlərə əsasən müəyyən şərhlər edilir. Belə hesab edilir ki, rəqəmlər insanların şəxsiyyətləri, qabiliyyətləri və həyatlarına təsir edir. Numerologiyada doğum tarixinə əsasən doğum nömrənizi hesablaya bilərsiniz. Məsələn, ayın 23-də doğulmusunuzsa, doğum nömrəniz 5-dir (yəni, 2+3).

Doğum nömrəsinə görə müəyyən edilən  peşələrin siyahısı isə aşağıdakı kimidir:

1 nömrə: tibb, memarlıq, jurnalistika, siyasət və s. Bu insanlar həm də yaxşı şair və yoqa təlimçiləri ola bilərlər.
2 nömrə: bu rəqəm sizə rəssam, yazıçı, tərcüməçi və ya professor kimi yaradıcı peşələrdə bacarıqlı olmaq imkanı verir.
3 nömrə: bu insanlar yaxşı mentor və müəllimlərdir. Onlar yaxşı riyaziyyatçı, mühasib, alim də ola bilərlər. 
4 nömrə: bu rəqəmin idarə etdiyi insanlar astroloq, filosof, hüquqşünas və alim ola bilərlər. Həmçinin tibb sahəsində əczaçı, həkim peşələrinə yiyələnə bilərlər. 
5 nömrə: Bu insanlar riyazi bilikləri ilə fərqlənirlər. Birja, bank işi, maliyyə, sığorta, səyahət və biznes məsləhətçisi kimi işlərdə üstün ola bilərlər.
6 nömrə:  əsasən moda və dəb dünyası bu insanların maraq dairəsindədir. 
7 nömrə: tədqiqatçılar, nəzəriyyəçilər, alimlər, filosoflar, şairlər, yazıçılar, musiqiçilər və aktyorları bu rəqəm xarakterizə edir. 
8 nömrə: belə insanlar fizika, kimya, riyaziyyat və tibb sahələrində bilik və bacarıqları ilə seçilirlər.   
 9 nömrə: bu rəqəminin təsiri altında doğulanlar yaxşı cərrah, mühəndis və hərbçi ola bilərlər.

Törə Zeynallı
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top