Bakıda arvadını öldürən kişinin ittihamı ağırlaşdırıldı

KRİMİNAL 21 iyn 2024, 18:20
Bakının Nərimanov rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan 1985-ci il təvəllüdlü Rövşən Quliyevin ittihamı ağırlaşdırılıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Rövşən Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Qeyd edək ki, ilkin istintaq zamanı Rövşən Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilmişdi. 

Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinən şəxsin əməli məhkəmə tərəfindən sübuta yetirilsə, həmin şəxsi 14 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. 

Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinən şəxsin əməli isə məhkəmə tərəfindən sübuta yetirilsə, həmin şəxsi 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. 

Rövşən Quliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib. 

Qeyd edək ki, qətl hadisəsi bu ilin fevralın 13-də Bakının Nərimanov rayonunda baş verib. Həmin gün saat 17:30 radələrində sözügedən ərazidə küçələrin birində İbrahimova Sevinc Rəfail qızı qətlə yetirilib.

Cinayət əməlini tötətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Quliyev Rövşən Eldar oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top