Bu ölkədə həddindən artıq istilərdən ölənlərin sayı 155-ə çatdı

DÜNYA 21 iyun 2024, 15:41
Meksikada ilin əvvəlindən təsirli olan istilər səbəbindən ölənlərin sayı 155-ə yüksəlib.

Demokrat. az xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyi açıqlama verib. 

Açıqlamada bildirilib ki, təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb. 

Mətbuatda günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfərin müraciət etdiyi qeyd edilib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top