Portuqaliyanın ulduzundan Arda Gülərə İNANILMAZ SÖZLƏR

İDMAN 21 iyn 2024, 10:56
Portuqaliya millisinin ulduz futbolçusu Dioqo Cota Türkiyə millisi ilə oynayacaqları matç öncəsi diqqətçəkən açıqlamalar verib. 

Demokrat.az xəbər verir ki, Cota gənc futbolçu Arda Gülər haqqında danışıb. 

Cota açıqlamasında "Sahib olduğu keyfiyyətini bilirəm, amma heç bir fikrim yoxdur" deyib.

Ulduz futbolçu həmçinin, Türkiyənin çox bacarıqlı heyəti olduğunu bildirib:

“Türkiyə ilk matçda qalib gəlmək ümidi ilə daha çox oynaya və ya bərabər şərtlərlə oynaya bilər. Sikkənin iki üzü var. Çətin bir matç olacaq, Çexiyadan fərqli olacaq. Gürcüstanın Türkiyəyə yaratdığı şəraiti yaratmayacağıq. Oyuna daha çox nəzarət etməliyik. Fərdi olaraq Çexiyadan daha yaxşı komanda ilə qarşılaşacağıq”.  

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top