Messinin komandası Amerika Kubokuna qələbə ilə başladı

İDMAN 21 iyun 2024, 10:31
İyunun 20-dən 21-nə keçən gecə Argentina millisi Atlantada (ABŞ) "Mercedes-Benz "stadionunda keçirilən 2024-cü il Amerika Kubokunun açılış matçını keçirib.

Görüş Argentina yığmasının Kanada üzərində 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 49-cu dəqiqədə Xulian Alvares açıb. Görüşdə son nöqtəni isə 88-ci dəqiqədə Lautaro Martines qoyub. Sonuncu qolun ötürməsini Lionel Messi verib. 

Qeyd edək ki, Argentina və Kanadanın qrupunda həmçinin Peru və Çili milliləri də yer alıb. Amerika Kuboku iyunun 21-dən iyulun 15-dək davam edəcək. 16 komanda dörd qrupa bölünür.

Amerika Kubokunun hazırkı qalibi Argentina millisidir. Komanda 2021-ci ildə Braziliyada keçirilən turnirin qalibi olub. Finalda Argentina Braziliyanı Di Marianın vurduğu qol sayəsində minimal hesabla 1:0 məğlub edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top