AVRO-2024: Qrup mərhələsinin II turunda daha 3 oyun keçiriləcək

İDMAN 21 iyun 2024, 08:25
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.

Demokrat.az xəbər verir ki, günün ilk qarşılaşması Düsseldorf şəhərində, Slovakiya və Ukrayna seçmələri arasında baş tutacaq.

Slovakiyalılar E qrupunun ilk matçında Belçikaya qalib gəliblər - 1:0. Ukraynalılar isə Rumıniyaya 0:3 hesabı ilə məğlub olublar.

D qrupunun oyununda isə Polşa və Avstriya komandaları paytaxt Berlində münasibətlərinə aydınlıq gətirəcəklər. I turda Polşa Niderlanda (1:2) Avstriya isə Fransaya (0:1) məğlub olub.

Bu qrupun Niderland - Fransa qarşılaşması günün son matçı olacaq. Qarşılaşma Leyptsiq şəhərində gerçəkləşəcək.

AVRO-2024

21 iyun
II tur


E qrupu
17:00. Slovakiya - Ukrayna
Baş hakim: Maykl Oliver (İngiltərə).
Düsseldorf, "Esprit Arena".

D qrupu
20:00. Polşa - Avstriya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Berlin Olimpiya Stadionu.

23:00. Niderland - Fransa
Baş hakim: Entoni Teylor (İngiltərə).
Leyptsiq, "Red Bull Arena".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top