4 saylı doğum evində qaziyə hörmətsizlik edən həkim vəzifəli şəxs imiş — İzahatı alınıb (VİDEO)

GÜNDƏM 21 iyun 2024, 00:08

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb olunmasının detalları məlum olub.

 Demokrat.az "Xəzər Xəbər" ə istinadən bildirir ki, sözügedən doğum evinin baş həkimi Kəmalə Heydərova deyib ki, baş vermiş hadisəni sosial şəbəkələrdə görüb:

"Doğum şöbəsinin həkimi Sevinc Məmmədova tərəfindən doğuş icra olunub. Hamilənin qızı dünyaya gəlib. Məsələ ilə bağlı xəstə yiyəsi tərəfindən bizə müraciət olunmayıb. Hazırda görüntülərdə əks olunan hadisə ilə bağlı həkimdən izahat alınır".

Baş həkim K.Heydərova vurğulayıb ki, altı aydır rəhbərlik etdiyi xəstəxanada bu kimi mənfi halla ilk dəfədir qarşılaşır.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top