Tovuzda güclü külək ağacı aşırdı, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandı — VİDEO

HADİSƏ 20 iyun 2024, 19:37

Tovuzun Aşağı Quşçu kəndində güclü külək ağacı aşırıb.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, yağışlı və küləkli hava şəraiti səbəbindən Tovuz rayonunda iri gövdəli ağac aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Elektrik naqillərində yaranan problem səbəbindən Tovuzun bəzi kənd və qəsəbələrində elektrik enerjisinin verilişi dayanıb.

Məlumatı  "Azərişıq" ASC-dən təsdiqləyiblər. Güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Həmin görüntüləri təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top