Ermənistanın bu qərarı İran üçün qəbuledilməz hesab olunur — AÇIQLAMA

GÜNDƏM 20 iyun 2024, 17:09
"Aİ-ABŞ-Ermənistan görüşü İranın maraqlarına zidd olsa da hələ də ciddi bir reaksiya sərgiləməyib. Bu baxımdan hazırda İran və Ermənistan münasibətləri maraq doğurur". 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib ki, Ermənistanın Qərb ilə müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi gələcəkdə İran-Ermənistan münasibətlərinin gərginləşməsinə gətirib çıxara bilər. 



Politoloqun sözlərinə görə, Ermənistan faktiki olaraq İranın bütün çağırışlarına baxmayaraq bu və ya digər formada Qərblə əməkdaşlığın dərinləşdirilməsinə maraq göstərir: 

“İran- Ermənistan arasında hələ də bir sıra sahələrdə əməkdaşlıq var. Amma ümumilikdə, 5 apreldə keçirilən üçtərəfli Aİ-ABŞ-Ermənistan görüşündən sonra tərəflər arasında müəyyən gərginliklər yaşanmaqdadır. İran prezidenti İbrahim rəisinin ölümündən və Ermənistan baş naziri Nikol Paşinyanın İrana səfərindən sonra münasibətlərdə müəyyən düzəlmə baş verdi. Amma gərgin münasibətlər hələ də davam edir. Çünki İran üçün Qərbin onun sərhəddinə gətirilməsi qəbuledilməz hesab olunur. Ona görə də tərəflər arasında bu məsələdə müəyyən fikir ayrılıqları mövcuddur. Çünki bu əslində bir növ ABŞ bazalarının Ermənistan ərazisinə, dolayısı ilə İran sərhəddinə yerləşdirilməsini özündə ehtiva edir. Amma indiki halda hələlik görünür ki, rəsmi Tehran bu məsələyə müəyyən mənada titiz yanaşır. Verilən mesajları sadəcə xəbərdarlıq kimi dəyərləndirmək olar”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top