Qəbul imtahanının 2-ci cəhdi daha çətin olacaq? — Deputat detalları açıqladı

GÜNDƏM 20 iyun 2024, 15:52
“II cəhd üzrə keçiriləcək imtahanlarda rəqabət bir az güclü və ağır ola bilər”.

Bunu Demokrat.az-a açıqlamasında ali təhsil müəssisələrinə II cəhd üzrə keçiriləcək imtahanlarda sualların çətin olacağı ilə bağlı xəbərlərə aydınlıq gətirərkən deputat Ceyhun Məmmədov bildirib. 

Deputatın sözlərinə görə, ümumilikdə, sualların çətin olmağı ilə bağlı hələki heç bir yanaşma və fikir yoxdur:



“Hesab edirəm ki, onu qabaqcadan söyləmək doğru deyil. Onu heç kim bilmir. Yalnız imtahanlardan sonra fikir bildirmək olar. Bu gün rəsmi qurumların heç birinin bu barədə hansısa bir açıqlaması yoxdur. İndidən “çətin olacaq demək” yanlışdır. Ümumilikdə, sualların çətin olmağı ilə bağlı heç bir yanaşma və fikir yoxdur. Heç bir dövlət qurumunun məqsədi və hədəfi sualları çətinləşdirmək deyil”.

Ceyhun Məmmədov  həmçinin, qeyd edib ki, universitetə yalnız savadı, biliyi və bacarığı yüksək olan gənclər daxil olmalıdır:

“Zaman-zaman bu kimi məsələlərlə rastlaşırıq. Hesab edirəm ki, hazırlaşan, üzərində işləyən heç bir tələbə problem yaşamır. Bu suallar mövcud dərsliklərdən, proqramlardan verilən suallardır. O suallar əsasında da imtahan təşkil olunur. Ona görə bu gün “İmtahanlar çətindir” söyləmək əsaslı bir yanaşma deyil. 

Eyni zamanda düşünürəm ki, universitetə yalnız savadı, biliyi, bacarığı yüksək olan gənclər daxil olmalıdır. Düzgün yanaşma da budur”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top