Ərdoğan-Putin görüşündə bu məsələlərə baxılacaq

DÜNYA 20 iyun 2024, 10:25
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.

Demokrat.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

Kanal qeyd edir ki, bu görüşün gündəliyinə Ukraynadakı münaqişə, taxıl tədarükü kontekstində Qara dəniz mövzusu, “Akkuyu” AES-də işlərin gedişi, qaz ticarəti mərkəzinin yaradılması perspektivləri, Suriyanın şimalındakı kürd bölgələrində seçkilər kimi məsələlər daxil ola bilər.

İyunun 11-də Putin Astanada keçiriləcək sammit çərçivəsində Ərdoğanla görüşəcə biləcəyini istisna etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top