Təsərrüfatda yanğın: Heyvanlar tələf oldu

HADİSƏ 19 iyun 2024, 23:57
Sabirabad rayonu ərazisində yanğın baş verib. Yanğın zamanı iribuynuzlu heyvanlar tələf olub, tövlə və ot bağlamaları yararsız hala düşüb.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Sabirabad rayonunun Xankeçən kənd sakini Fəranə Hacıyevaya məxsus təsərrüfatda qeydə alınıb.

Yanğın nəticəsində sahəsi 30 kvadratmetr olan tövlə, 2 baş iribuynuzlu heyvan və 500 ədəd ot bağlaması yanıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub. Alov söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top