"Heç bir yer roketlərdən kənarda qalmayacaq”

DÜNYA 19 iyun 2024, 23:35
Hizbullah lideri Həsən Nəsrullah İsraili təhdid edərək bildirib ki, İsrail Livanda ümumi müharibə başlatsa, Yəhudi dövləti qurudan, havadan və dənizdən hücumlar üçün hazırlaşmalıdır və Aralıq dənizi regionunda vəziyyət tamamilə dəyişəcək.

Demokrat.az xəbər verir ki, “The Times of Israel” nəşrinin məlumatına görə Həsən Nəsrullah müharibənin olacağı təqdirdə İsrailin heç bir bölgəsinin “Hizbulahın” hücumlarından yan keçməyəcəyini bildirərək, təşkilatın qaydasız, sərhədsiz formada vuruşacağını deyib.

“Düşmən yaxşı bilir ki biz özümüzü ən pis vəziyyət üçün hazırlamışıq və heç bir yer roketlərdən kənarda qalmayacaq.” – deyə təşkilatın lideri bildirib.

Nəsrullah eyni zamanda ilk dəfə Kipri də təhdid edərək bildirir ki, Hizbullah onu da müharibənin bir hissəsi kimi nəzərdə tuta bilər və müharibə olacağı təqdirdə İsrail Müdafiə Qüvvələrinə ölkədəki logistik infrastrukturdan istifadəyə icazə versə oradakı hədəfləri də vura bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top