Sərhəddə nə baş verir? — Növbəti müharibə ANONSU?

GÜNDƏM 19 iyn 2024, 13:10

Bir müddətdir Azərbaycan-Ermənistan şərti sərhədinə çökmüş sükut son bir həftədə aradan qalxıb.  Erməni təxribatları baş qaldırıb. Ötən həftə Naxçıvan istiqamətində mövqelərimiz bir neçə dəfə atəşə tutulub. Bu da onu göstərir ki, erməni təxribatları tamamilə aradan qalxmayıb. Ötən həftə onlar atəşkəsi Naxçıvan istiqamətində pozdular. Rəsmi İrəvan bununla bağlı ağlabatan bir açıqlama vermədi. Yadda bu qaldı ki, erməni baş naziri bu cür halları araşdırmaq üçün birgə qruplar yaratmağı və belə halları birlikdə araşdırmağı təklif edib.

Müdafiə Nazirliyinin dünən yaydığı açıqlama isə daha çox diqqət çəkir. Azərbaycan Müdafiə Nazirliyi media vasitələrində Fransa ilə Ermənistan arasında "Caesar" özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında yayılan məlumatlara münasibət bildirib.

“Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur”, - MN açıqlamada qeyd edib.

Bəs bütün baş verənlər nədən xəbər veri? Ermənistan yeni müharibəyə hazırlaşır?

Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev News 24.az-a açıqlamasında bildirib ki, Ermənistanın sərhəddə atəşəkəsi pozması Fransanın verdiyi dəstəyin nəticəsidir:

“Ermənistan silahlı qüvvələrinin son günlər Azərbaycanla sərhəddə, xüsusilə də, Naxçıvan istiqamətində atəşkəsi pozması birmənalı olaraq Fransanın Ermənistana verdiyi hərbi və texniki dəstəyin nəticəsidir. Ümumilikdə, Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti aparmaqla paralel olaraq Ermənistanı da öz əlində cənubi Qafqazda alət olaraq istifadə edir. Parisin əsas məqsədi əldə olunan kövrək sülh prosesini darmadağın etmək və yeni münaqişə ocağı yaratmaqdan ibarətdir”.

Ekspert qeyd edib ki, Azərbaycan tərəfi heç bir halda Ermənistanın hücum silahları əldə etməsinə kənardan biganə olaraq müşahidə etməyəcək, əksinə həmin silahların Ermənistana veriləcəyi təqdirdə adekvat, təsirli və səmərəli addımlar atacaq: 

“İstənilən silahların Azərbaycan əsgərinin həyat və sağlamlığına təhdid yaradacaq məsafədə yaxınlaşması Ermənistan üçün yeni şəxsi heyyət, ərazi, texnika və avadanlıq itkiləri ilə nəticələnəcək. Emənistan üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə, yəni hələ də işğalda qalan 4 kəndimizi azad etmək, Naxçıvana ikitərəfli maneəsiz dəhlizin açılmasını təmin etmək və səhədlərin delimitasiya və demarkasiya prosesini davam etdirərək sülhə nail olmaq əvəzinə silahlanmaya üstünlük verirsə, buna görə məsuliyyəti tamamilə Ermənistan tərəfi daşıyaca”.

Ədalət Verdiyev əlavə edib ki, 44 günlük vətən müharibəsində darmadağın olan Ermənistan özbaşına yeni macəralar axtarmamalıdır. Çünki bu macəraların Ermənistan xalqına nə qədər böyük fəlakətlər bəxş etdiyi hamıya yaxşı məlumdur.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top