Bakıda QHT-lərin COP29-a verə biləcəkləri töhfə müzakirə olunub — FOTOLAR

GÜNDƏM 19 iyn 2024, 11:33

Bakıda iyunun 18-də keçirilən “Sağlam Gələcəyin Proqnozlaşdırılması üzrə 2-ci illik Qlobal Sammit” çərçivəsində Azərbaycan Milli QHT Forumu yan tədbir təşkil edib.

Demokrat.az "Report"a istinadla xəbər verir ki, tədbir zamanı yerli QHT-lər və sammitdə iştirak edən xarici təşkilatlar, QHT-lər, ekspert və beynəlxalq fondların nümayəndələri arasında görüş keçirilib, COP29 prosesinə töhfə verə biləcək məsələlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşün məqsədi Beynəlxalq/xarici vətəndaş cəmiyyəti ilə Azərbaycanın səhiyyə və iqlim QHT-ləri üçün qlobal sağlamlıq və COP29-la bağlı bilik, anlayış və təcrübələri bölüşmək, dayanıqlı ətraf mühit istiqamətində işləmək üçün əməkdaşlıq təşəbbüsləri və tərəfdaşlıqların qurulması üçün dialoq, həmçinin beynəlxalq təşkilatlar ilə şəbəkələşməni gücləndirməklə COP29 prosesinə və yekun nəticələrə əsaslı töhfə vermək olub.

Tədbirdə çıxış edən Milli QHT Forumunun idarə heyətinin sədri Ramil İskəndərli Forum haqqında məlumat verib, COP29 prosesində yerli təşkilatların gördüyü işləri və xarici QHT-lərin dəstəyini vurğulayıb.

Görüşdə çıxış edən COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva iqlim dəyişikliyinin insan sağlamlığına təsiri, yeni xəstəliklərin yaranması və mövcud infeksion xəstəliklərin ocaqlarının artması ilə bağlı qlobal səhiyyə cəmiyyətini narahat edən məsələlərə toxunub.

O qeyd edib ki, COP29 zamanı İnsan Kapitalı gündəliyi çərçivəsində müzakirə olunacaq prioritet məsələlərdən biri də səhiyyə olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top