Putin müdafiə nazirinə yeni müavinlər təyin edib

DÜNYA 17 iyn 2024, 20:10

Rusiya Prezidenti Vladimir Putin müdafiə nazirinə yeni müavinlər təyin edib.

“Report”un Rusiya bürosu xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Leonid Qornin müdafiə nazirinin birinci müavini, Anna Çivileva və Pavel Fradkov isə nazir müavinləri təyin edib.

Bundan əvvəlki sərəncamla Nikolay Pankov, Ruslan Çalikov, Tatyana Şevtsova və Pavel Popov müdafiə nazirinin müavini vəzifələrindən azad edilib.

Beləliklə, müavinlərin sayı 12-yə çatıb. Bundan əvvəl nazirlik rəhbərinin 11 müavini olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top