Koloradoda təyyarə qəzası olub, yaralananlar var

DÜNYA 17 iyn 2024, 09:07
ABŞ-nin Kolorado ştatında iki mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ağır xəsarət alıb.

“Report”un “ABC News”a istinadən verdiyi məlumata görə, insident Denverdən təxminən 65 km cənubda Larkspur şəhərciyinin yaxınlığında baş verib.

Bildirilib ki, kiçik ikimühərrikli “Tecnam P2006T” təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb. Təcili yardım xidmətləri gələnə qədər onlar özləri təyyarədən çıxıblar.

Hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə şəraiti Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyl 2024, 11:35
Top