Mobil operatorlar 500 milyon manata yaxın gəlir əldə edib

İKT 15 iyn 2024, 10:37
Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri 1 milyard 320,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,5% artıb və eyni zamanda bu xidmətlərin 74.9%-i əhali tərəfindən istehlak olunub.

Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 36,4%-i və ya 480,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top