“İran Türkiyənin terrorizmə qarşı həmlələrindən narahatdır” — Orta Şərqdə nə baş verir?

GÜNDƏM 13 iyun 2024, 19:47
 Türkiyənin “Yeni Şafak” qəzeti İranın PKK-ya silah verdini iddia edir. Qəzetin məlumatına görə, İran PKK-ya birbaşa hava hücumundan müdafiə sistemləri və radiasiya raketləri göndərib. Bildirilib ki, göndərilən silahlar arasında tank əleyhinə idarə olunan raket sistemləri də var. Məsələyə münasibət bildirən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin sədri Ramiyə Məmmədova deyib ki, İran Orta Şərqdə terroru ən çox dəstəkləyən dövlətlərdən biridir. O, Demokrat.az-a açıqlamasında İranın İraqdakı şiə əhaliyə bu mənada dəstək verdiyini qeyd edib:

“Onların mübarizəsini dəstəkləmək üçün İran tərəfindən hər zaman silah və maddi dəstək verilib. Bununla İranın məqsədi Orta Şərqdə mövqeyini gücləndirməkdir. İran həm də ABŞ-nin İraqdakı siyasətinə qarşı mövqe sərgiləyir. ABŞ və Türkiyə İraqda terrora qarşı mübarizə aparır. İran Türkiyənin terrorizmə qarşı həmlələrindən narahatdır. Terror təşkilatlarını maliyyələşdirməsi də bundan qaynaqlanır. İran Liviyada, Suriyada da eyni siyasəti aparır. Terrorçuluğa dəstək İranın siyasi maraqlarına xidmət edir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top