Hadı Rəcəblinin obyekti CƏRİMƏLƏNDİ

HADİSƏ 13 iyn 2024, 17:38
Polis tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

Demokrat.az xəbər verir ki, Lənkəran rayonunda keçirilən tədbir zamanı “Panarama” və “Bulvar Lənkəran” restoranlarından çirkab suyun dənizə axıdılması müəyyən edilib. Həmçinin rayonun Aşağı Nüvədi kəndi ərazisində yerləşən “Palıdlı” istirahət mərkəzində isə məişət tullantılarının yandırıldığı və 2 ağacın kəsildiyi aşkar edilib.

Çirkab suyun dənizə axıdılmasına görə həmin restoranların məsul əməkdaşları, istirahət mərkəzində məişət tullantılarını yandırdığına və 2 ağacı kəsdiyinə görə isə “Türkan” MMC-nin nümayəndəsi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Lerik rayonu ərazisində keçirilən digər tədbir zamanı isə Perzəküjə kəndinin meşə zolağında 32 ədəd fıstıq ağacının kəsildiyi müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Palıdlı” istirahət mərkəzi mərhum deputat Hadi Rəcəbliyə məxsusdur və hazırda onun ailəsi tərəfindən idarə edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top