Qəzzada ölənlərin sayı 37 mini ötdü

GÜNDƏM 10 iyn 2024, 18:52
İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 37 min 124 nəfərə çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin Qəzza zolağına hücumları 248 gündür davam edir:

“Son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 5 hücum həyata keçirilib. 

Bu hücumlarda daha 40 fələstinli həyatını itirib, 218 fələstinli isə yaralanıb. 

Oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil edilən hücumlarda ölənlərin sayı 37 min 124-ə, yaralıların sayı isə 84 min 712-yə yüksəlib”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top