Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanı keçiriləcək

SOSİAL 09 iyn 2024, 09:28
Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Namizədlər «İmtahana buraxılış vərəqəsi»ni Dövlət İmtahan Mərkəzinin saytından çap edib götürə bilərlər.

İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.

İmtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

Test imtahanı mərhələsində namizədlərə qanunvericilik üzrə 70, məntiqi təfəkkürün yoxlanılması üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top