Qəzzada ölənlərin sayı 37 minə yaxınlaşır

DÜNYA 07 iyn 2024, 21:31
İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 36 min 731-ə çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin Qəzza zolağına hücumları 245 gündür davam edir:

“Son gündə Qəzzanın müxtəlif bölgələrinə 8 hücum həyata keçirilib. Bu hücumlarda daha 77 fələstinli həyatını itirib, 221 fələstinli isə yaralanıb.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 36 min 731-ə, yaralıların sayının isə 83 min 530-a yüksəldiyi qeyd edilib”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top