Messi “Real”ı ən yaxşı komanda adlandırdı

İDMAN 07 iyn 2024, 17:42
“Barselona”nın sabiq futbolçusu, hazırda “İnter” (Mayami) formasını geyinən Lionel Messi “Real”ı dünyanın ən yaxşı komandası hesab edir.

Demokrat.az infobae.com-a istinadən xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu öz açıqlamasında bildirib. 

“Ən yaxşı komanda “Real”dır. Çünki onlar Çempionlar Liqasının qalibidirlər. “Real” ötən mövsüm Çempionlar Liqasını qazanmasa da, “Mançester Siti” kimi güclü idi. 

Oyun baxımından isə şəxsən mən Xosep Qvardiolanın “Mançester Siti”sini bəyənirəm. Düşünürəm ki, Qvardiolanın çalışdırdığı istənilən komanda öz oyun tərzi ilə xüsusi seçilir. Ona görə də futbolun səviyyəsinə görə ən yaxşı komanda “Mançester Siti”, nəticə baxımından isə “Real”dır”.

Xatırladaq ki, 2023/2024 mövsümündə “Real” İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top