Çexiyada qatarlar toqquşdu: Ölən və yaralananlar var

DÜNYA 06 iyn 2024, 21:44
Çexiyadan Ukraynaya gedən sərnişin qatarı Pardubitse şəhərində yük qatarına çırpılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 4 nəfər ölüb, ən azı 26 nəfər yaralanıb. 

Çexiya televiziyası qatarda əksəriyyəti əcnəbi olmaqla 300-dən çox sərnişinin olduğunu bildirib. 

Baş nazir Petr Fiala “X” sosial media platformasında başsağlığı verib və qəzanın "böyük fəlakət" olduğunu bildirib. 

Qeyd edək ki, qəza ilə bağlı araşdırmalar davam edir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top