Bu xəstəliklər genlərdən qaynaqlana bilər

SOSİAL 06 iyn 2024, 21:15
İngiltərədəki elm adamlarının araşdırmaları nəticəsində Kron və ülseratif kolit kimi xəstəliklərin DNT-dən qaynaqlana biləcəyi ortaya çıxıb.

Demokrat.az
xəbər verir ki, bu barədə araşdırma "Nature" jurnalında dərc olunub.

Tədqiqatçıları iltihablı bağırsaq xəstəliyi (İBD) olan insanlar üzərində təcrübələr aparıblar. 

Gen araşdırmaları nəticəsində tədqiqatçılar iltihablı bağırsaq xəstəliyi olanların 95 faizinin DNT-sində "zəif nöqtə" aşkar ediblər. 

Araşdırmada bu “zəif nöqtənin” DNT ilə əlaqəli olduğu müəyyən edilib. 

Tədqiqatçılar qeyd ediblər ki, bu vəziyyəti yaxşılaşdıra biləcək texnologiya mövcud dərmanlar arasında mövcuddur.

Lakin bu dərmanlar üçün insanlar üzərində sınaqlar hələ başlamayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top